
Qurani-Kərim tilavətindən sonra bayraq qaldırma mərasimi keçirildi. Bu münasibətlə Pakistan Prezidenti Zati-aliləri Asif Əli Zərdari, Pakistan Baş naziri Zati-aliləri Məhəmməd Şahbaz Şərif və Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Zati-aliləri Məhəmməd İshaq Darın təbrikləri oxundu.


Səfir Qasim Mohiuddin çıxışında Qaid-e-Əzəm Məhəmməd Əli Cinnah və Əllamə Məhəmməd İqbalın vizyonuna və Pakistanın qurucu atalarının prinsiplərinə hörmətlə yanaşdı. O, hökumətin müxtəlif təşəbbüsləri nəticəsində Pakistanın bütün sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirdi. Bu gün Pakistan regionda və dünyada sülh üçün davamlı öhdəliyi və səyləri sayəsində beynəlxalq səviyyədə hörmətlə qarşılanır.
Səfir həmçinin Pakistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəm təməli, ortaq dəyərlər və ortaq tarixi və mədəni irsə əsaslanan dərin və qardaşlıq münasibətlərini vurğuladı.
İki qardaş ölkə arasında güclü mədəni əlaqələri əks etdirən Azərbaycan urduşünası cənab Roşan Şiranxali və Bakı Dövlət Universitetinin tələbəsi xanım Nazənin Şah Güldeva urdu dilində çıxış edərək Pakistanın qurucu atalarının xidmətlərini və nailiyyətlərini vurğuladılar. Onların çıxışları Pakistan və Azərbaycan xalqları arasındakı dərin sevgini və qardaşlıq hisslərini əks etdirirdi.
Tədbirdə Pakistan ictimaiyyətinin üzvləri, hörmətli şəxslər, akademiklər, tələbələr, tanınmış media nümayəndələri və Azərbaycanın çoxsaylı dostları iştirak ediblər.


